Kreml Kursku unutdurmağa çalışır – “Təbliğatçılara göstəriş verilib ki…”backend

Kreml Kursku unutdurmağa çalışır – “Təbliğatçılara göstəriş verilib ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezident Administrasiyası Kremlə yaxın təbliğatçılara əhalini Kursk vilayəti uğrunda döyüşlərin aylarla davam etməsinə hazırlamağı tapşırıb.

Bunu müxalif Rusiya KİV-ləri Kremlə yaxın mənbələrə istinadla yazıb.

Məlumatda qeyd olunur ki, Kreml Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayıtini işğal etməsini “yeni normallıq” kimi təqdim və vətəndaşların baş verənlərə öyrəşməsini təmin etmək niyyətindədir. Hakimiyyət istəyir ki, rusiyalılar bu baş verənlərə fəlakətli bir şey kimi baxmasınlar: “İnsanların baş verənlərə mücərrəd bir şey kimi deyil, müvəqqəti də olsa, yeni norma kimi baxması lazımdır”.

Bunu Kremllə işləyən siyasi texnoloqlardan biri deyib.

Kremlin planına görə, dövlət mediası ruslara ərazilərin qaytarılmasının vaxt aparacağını və “gözləməli olduqlarını” izah etməlidir. Eyni zamanda, hakimiyyət müdaxilənin ilkin şokunu “müsbət istiqamətə” yönəltməyi planlaşdırır. Belə ki, bu məqsədlə Prezident Administrasiyası qubernatorlara Kursk vilayəti üçün yardım yığılmasını təşkil etməyi tapşırıb. Qazanclarının bir hissəsinin “könüllü”, əslində isə məcburi tutulması dövlət işçilərinə və bəzi dövlət korporasiyalarına aid olacaq.

Sonda o da qeyd olunur ki, rəsmi qurumların apardığı sorğuların nəticəsinə görə, rusların ölkədə baş verənlərlə bağlı narahatlıq səviyyəsi “Priqojin qiyamı”ndan sonra ilk dəfə 45 faizi keçib. Bu da Rusiyada heç də əhalinin Putin hakimiyyətilə bağlı razılığının göstəricisi sayıla bilməz.

“AzPolitika.info”