Kreml: “Münaqişəyə humanitar fasilə verilməlidir”backend

Kreml: “Münaqişəyə humanitar fasilə verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə olan halda qarşıdurmalara humanitar fasilə vermək və Qəzzada mülki əhalinin humanitar ehtiyaclarını qarşılamaq, Rusiya vətəndaşlarının Qəzzanı tərk etmək imkanının olması da bizim üçün çox vacibdir. Diplomatlarımız bunun üçün çalışırlar. Vəziyyət son dərəcə gərgindir”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada İsrail-Fələstin münaqişəsi ilə bağlı jurnalistlərə açıqlamasında qeyd edib.
“Rusiya prezidenti Vladimir Putinin region ölkələrinin liderləri ilə təmasları planlaşdırılırmı?”sualına Peskov belə cavab verib:
“Əlaqələr hər gün davam etdirilir. Ən yüksək səviyyədə təmaslar isə planlaşdırılmır”.
Münaqişə zonasına humanitar yardım etdiklərini deyən Peskov bu istiqamətdə işlərini davam etdirəcəklərini bildirib.

//Safura Bənnayeva, Editor.az