Kreml: NATO Rusiya ilə müharibəni davam etdirmək niyyətindədirbackend

Kreml: NATO Rusiya ilə müharibəni davam etdirmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Peskov ABŞ və digər NATO ölkələrinin Rusiya ilə müharibəni davam etdirmək niyyətində olduğunu və bunun bu ölkələrin maraqlarına böyük zərbə vuracağını bildirib.

Editor.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı NATO ölkələrinin Rusiya ərazisini Qərb istehsalı olan silahlarla vurması ilə bağlı bəyanatlarla gərginliyi artırdığına diqqət çəkib. Görünən odur ki, Alyansın Rusiya ilə müharibəni davam etdirmək niyyətində olduğunu qeyd edən Peskov bildirib:”Təbii ki, bütün bunlar istər-istəməz bəzi nəticələrə gətirib çıxaracaq. Son nəticədə bu vəziyyət gərginləşməyi seçən ölkələrin maraqlarına böyük zərbə vuracaq”.

ABŞ-ın rəhbərlik etdiyi NATO-nun qəsdən gərginliyi yeni səviyyəyə qaldırdığını və
Ukraynanı bu mənasız müharibəni davam etdirməyə təşviq etdiyini bildirən Peskov, Qərb ölkələrinin yanaşmalarında mənfi tendensiyanın davam etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az