Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın NATO və Avropa İttifaqı ilə müharibə ehtimalına dair açıqlamalara münasibət bildirib.
O, bu barədə Rusiyanın Belçikadakı səfiri Denis Gonçarın Qərb ölkələrinin “böyük müharibəyə hazırlaşdığı” barədə sözlərini Birinci Kanala verdiyi müsahibədə şərh edib.
Peskov təhlükəsizlik məsələlərində hər bir dövlətin diqqətli olmalı olduğunu qeyd edib:
“Əlbəttə, sülhü arzulamaq lazımdır. Lakin eyni zamanda müharibəyə hazır olmaq vacibdir. Hər zaman ən pis ssenariyə hazırlaşıb, ən yaxşı nəticəyə ümid etməliyik”, — deyə Kremlin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya qarşıda duran geosiyasi prosesləri diqqətlə izləyir və öz təhlükəsizlik maraqlarını təmin etmək üçün zəruri addımlar atmaqda davam edir.
//Samir Qurbanov, Editor.az

