Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarından son dərəcə narazıdır.
Editor.az bildirir ki, bu barədə Kremlə yaxın diplomatik mənbələr xəbər verir.
“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistan baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır.
Onlar bunu ton və məzmun baxımından qəbuledilməz sayır, öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyəti ilə edildiyini bildirirlər”, – mənbə qeyd edib. İrəvanın köməyi ilə Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa cəhdlər edilir.
Lakin Moskva buna imkan verməyəcək və o, İrəvanı bərabərhüquqlu tərəfdaş kimi görür,- agentliyin həmsöhbəti əlavə edib.
“Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli yol olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir”, – mənbə yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az