Kreml: Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaqbackend

Kreml: Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Qara dənizin heç vaxt “NATO dənizi” olmayacağını və onun bütün sahilyanı ölkələr üçün əməkdaşlıq və qarşılıqlı fəaliyyət dənizi olaraq qalacağını vurğulayıb.

Editor.az rus mediasına istinadla xəbər verir ki, bu barədə Peskov gündəlik mətbuat konfransında deyib.

Peskov Kiyevdən verilən açıqlamanın “NATO” və “tərksilah” kimi iki ziddiyyətli elementə söykəndiyini qeyd edib.

Bu gün keçirilən mətbuat konfransında ABŞ qurumlarının Ukraynadakı hərbi planları ilə bağlı məxfi sənədlərinin sızdırılması da gündəmdə olub.

//Gülnarə Abasova, Editor.az