Kreml Qərb ölkələrinin yeni sanksiyalarını dəyərləndiribbackend

Kreml Qərb ölkələrinin yeni sanksiyalarını dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Avropa İttifaqına (Aİ) üzv ölkələrin ötən həftə tətbiq etdiyi antiRusiya sanksiyalarında yeni heç nə yoxdur.

Editor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov növbəti brifinqdə bildirib. Tədbir zamanı jurnalistlər Rusiya Federasiyası Prezidentinin nümayəndəsindən ölkə rəhbərliyinin Qərb dövlətlərinin son məhdudiyyətlərini necə qiymətləndirdiyini soruşublar. Jurnalistlər Moskvanın baş verənlərə cavab hazırlayıb-hazırlamadığını da soruşublar.

“Əslində yeni heç nə üzə çıxmayıb. Dolayı ziyanı bilirsiniz bumeranq effekti işləyir. Avropa iqtisadiyyatı sanksiyalara görə əziyyət çəkir və buz Amerika şirkətlərinin də maraqlarına toxunur.Eyni zamanda, Rusiya iqtisadiyyatı öz dayanıqlığını göstərdi, mövcud vəziyyətə uyğunlaşdı və inkişaf etməkdə davam edir”, – Peskov bildirib.

Kremlin mətbuat katibi qeyd edib ki, hətta ABŞ administrasiyası bu faktı qəbul edir. Fevralın 25-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatının sabit qaldığını bildirib. Bu kontekstdə o, Moskvaya qarşı mübarizənin davam etdirilməsinə çağırıb və Vaşinqtonun bu məsələdə “amansız” olması lazım olduğuna işarə edib.

//Gülnarə Abasova, Editor.az