Rusiya hakimiyyəti Çeçenistan lideri Ramzan Kadırovun Denis Puşilinlə yaxınlaşmasından narazıdır. Qondarma “DXR”in “hökumət başçısı” Yevgeni Solntsev yeni tandemi zəiflətməlidir.
Editor.az bildirir ki, bu barədə Milli Müqavimət Mərkəzinin bəyanatında deyilir. Qeyd olunur ki, “Donetsk vilayətinin işğal olunmuş rayonlarının işğal “idarəsi”ndə son kadr dəyişiklikləri Kremldə Puşilin və Kadırovun yaxınlaşması ilə bağlı narazılıqdan xəbər verir”. Belə ki, martın 30-da ruslar Vitali Xotsenkonun yerinə iyun ayından onun “müavini” olan Solntsevi təyin etdilər. Qeyd olunur ki, “DXR” adlanan yeni “hökumət başçısı”nın heç vaxt Donetsk vilayəti ilə əlaqəsi olmayıb. “Təyinat”dan sonra rayona və maliyyə axınlarına nəzarət ona keçib: “Bu, Moskvanın Puşilinlə Kadırovun yaxınlaşmasına münasibətidir, hansı ki, daha əvvəl xəbər verilmişdi.
Puşilin illərdir ancaq mənasız rol oynayır və regionda heç bir səlahiyyəti yoxdur. Ondan istifadə edən Kadırovun təsiri altındadır”, – Mərkəz izah edib. Solntsevin əsas vəzifəsi Kadırovu Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində təsir imkanlarından məhrum etmək, habelə Rusiya elitasının mübarizə apardığı podratçılarla işdə təşəbbüsü ələ keçirməkdir ki, ərazilərin mümkün qədər tez “bərpa edilməsi” üçün vəsait əldə etsin.
//Samir Qurbanov,Editor.az

