Kreml Rusiya ilə NATO arasında mövcud münasibətləri dəyərləndiribbackend

Kreml Rusiya ilə NATO arasında mövcud münasibətləri dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, Rusiya ilə NATO arasında münasibətlər birbaşa münaqişə səviyyəsinə enib”.

Editor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O vurğulayıb ki, Şimali Atlantika Alyansı ölkələri hazırda Ukraynadakı münaqişədə iştirak edir.

Peskov həmçinin qeyd edib ki, NATO Rusiya sərhədlərinə doğru varlığını genişləndirməkdə davam edir. “NATO sərhədlərimizə doğru hərbi infrastrukturunu genişləndirərək sərhədlərimizə doğru hərəkətini davam etdirir”, – Kreml sözçüsü bildirib. Onun sözlərinə görə, alyans Avropa qitəsində təhlükəsizliyə töhfə verməyən sabitliyi pozan amildir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, Rusiyanın NATO və ya ayrı-ayrı alyans üzvləri ilə müharibə etmək planı yoxdur.

//Gülnarə Abasova, Editor.az