Kreml, Rusiyanın dəvət olunmadığı “Qlobal Sülh Sammiti”ni “nəticə verməyəcək təşəbbüs” adlandırıbbackend

Kreml, Rusiyanın dəvət olunmadığı “Qlobal Sülh Sammiti”ni “nəticə verməyəcək təşəbbüs” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml iyunun 15-16-da İsveçrədə keçiriləcək “Qlobal Sülh Sammiti”ni nəticələrə səbəb olmayacaq təşəbbüs adlandırıb.

Editor.az bildirir ki, bu barədə Rusiya təbliğat mediası Putinin mətbuat katibi Dmitri Peskovun bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan bu sammitdən ciddi gözləntilər ola bilməz və Moskvada onlar ümumiyyətlə, “bunun necə bir mərhələ olduğunu başa düşmürlər: “Rusiyanın iştirakı olmadan hansı ciddi gözləntilər, hansı nəticə əldə oluna bilər”, – deyə o bildirib.

//Salam Qurbanov, Editor.az