Kreml taxıl sazişinin niyə uzadılmadığını açıqladıbackend

Kreml taxıl sazişinin niyə uzadılmadığını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taxılla bağlı razılaşmanın əldə olunması çoxtərəfli prosesdir, lakin hələlik konkret məsələdə razılığa gəlmək şansı azdır”.

Editor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Qərb ölkələri uzun müddətdir ki, Qara dəniz razılaşmasının şərtlərini yerinə yetirmir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bütün şərtlər yerinə yetirilərsə, Rusiya Federasiyasının taxıl sazişinə qayıdacağını bildirmişdi. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi də taxıl sazişinə alternativ olaraq 1 milyon ton taxılın Türkiyədə emal edilməsi layihəsinin olduğunu açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az