Taxıl müqaviləsi üzrə razılaşma o deməkdir ki, hər bir tərəfin əvvəlki təcrübəsi uğurlu olmayıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib. “Müqavilə razılaşma kimi alınmayıb. Mümkün müzakirə ilə bağlı qeyri-rəsmi sənəd Türkiyə tərəfindən təqdim olunub, nazirliklər və ekspertlər tərəfindən araşdırılır”, – o deyib.
Sentyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdüyü və bu görüşdə atəşkəs və taxıl sazişi ilə bağlı vədlər verdiyi öyrənilib. O, sazişin bərpası üçün hər cür səy göstərəcəyini bildirib.
//Gülnarə Abasova, Editor.az

