Kreml Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə münasibət bildiribbackend

Kreml Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi ilə bağlı prezident Rəcəb Rayyib Ərdoğanın fərman layihəsi respublikanın qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur.

Editor.az xəbər verir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı sənədin ölkə parlamentinə daxil olması ilə bağlı məlumatı şərh edərkən bildirib.

“Məsələ ondadır ki, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Ora Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. O ki, qaldı Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa, bu, Rusiya və Türkiyə ikitərəfli razılaşmasının məhsuludur”, – deyə Kremlin sözçüsü vurğulayıb.