Kreml: “Türkiyə-Suriya əlaqələrinin inkişafında maraqlıyıq”backend

Kreml: “Türkiyə-Suriya əlaqələrinin inkişafında maraqlıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov, digər ölkələr kimi Rusiyanın da Türkiyə ilə Suriya arasında əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

Editor.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında deyib.

Peskov Moskvanın prezident Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüşə hazırlaşıb-hazırlanmadığı ilə bağlı suala belə cavab verib: “Bir çox ölkələr kimi, regionda mühüm rol oynayan Rusiya da təbii ki, bu iki ölkənin əlaqələrinin qurulmasına kömək etmək istəyir. Bu, bütün region üçün çox vacibdir. Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasını gözləmək təkcə Suriya münaqişəsinin siyasi həlli axtarışlarının davamı üçün deyil, həm də bütün regionun sabitliyi üçün vacibdir”.

Peskov qeyd edib ki, Rusiyanın Türkiyə və Suriya nümayəndələri arasında görüşlərin təşkilinin asanlaşdırılması məsələsi gündəmdədir.

//Gülnarə Abasova, Editor.az