Kreml: Türkiyənin Krımla bağlı açıqlamasını qəbul etmirik, fikirlərinin dəyişəcəyinə inanırıqbackend

Kreml: Türkiyənin Krımla bağlı açıqlamasını qəbul etmirik, fikirlərinin dəyişəcəyinə inanırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitriy Peskov, Türkiyə Xarici İşlər Nazirliyinin Krımdakı parlament seçkilərinin nəticələrini tanımayacaqları ilə bağlı açıqlamaları qəbul etməyəcəklərini və Ankaranın zamanla Krımla bağlı fikirlərini dəyişəcəyinə ümid etdiklərini qeyd edib.

Editor.az bildirir ki, Peskov “Biz bu cür bəyanatları qəbul etmirik və bunu türk həmkarlarımıza açıq şəkildə deyirik. Krım məsələsi fikirlərimizin Ankara ilə bir -birindən tamamilə fərqli olduğu bir mövzudur. Türkiyənin bu mövqeyindən təəssüflənirik, amma ümid edirik ki, zamanla bu mövzuda Türkiyə reallığa hörmət edərək mövqeyini dəyişəcək ”.-deyə qeyd edib.

“Əlbəttə ki, Türkiyə bizim tərəfdaşımızdır və fərqləndiyimiz vacib məsələlərin olması, ikitərəfli münasibətlərimizin hər tərəfli inkişafına və regional mövzularda əməkdaşlığımıza mane olmur və olmamalıdır” deyə davam edən Kremlin sözçüsü, ölkələr arasında əməkdaşlığın davam etməsi lazım olduğunu, çünki hər iki tərəfin maraqlarına uyğun olduğunu qeyd edib.

//Gülnarə Abasova, Editor az