Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiya-Ukrayna danışıqlar prosesinin davam etdirilməsi üçün şərait təmin etmək istəyinə görə Ankaraya minnətdardır.
O, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün telefon danışığı zamanı İstanbul formatında danışıqların bərpası barədə müzakirə aparıb-aparmadıqları ilə bağlı suala cavab olaraq verib. Kreml sözçüsünün sözlərinə görə, Türkiyə əvvəlki kimi öz xidmətlərini təklif edir: “Bunun üçün türk dostlarımıza minnətdarıq. Danışıqlar prosesinin davam etdirilməsi üçün bütün şəraiti təmin etməyə hazırıq.”, – Dmitri Peskov deyib
Rusiya liderinin mətbuat katibi aydınlaşdırıb ki, Ankaranın bu sahədə öz maraqları var, lakin bunlar əsasən Rusiyanın istəkləri ilə uyğun gəlir. Peskov qeyd edib ki, İstanbuldakı danışıqlar Moskvanın heç bir günahı və ya istəyi olmadan dayandırılıb; onların kəsilməsinə görə məsuliyyət Kiyevdədir: “Amma indi görürsünüz ki, vəziyyət bir az fərqli şəkildə inkişaf edir.
Trampın planına əsasən ukraynalılar və amerikalılar arasında iş gedir. Görəcəyik ki, işlər necə inkişaf edəcək.”, – Dmitri Peskov vurğulayıb.
//Samir Qurbanov, Editor.az

