Kreml: “Üçüncü ölkələr Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərdən narahat olmamalıdır”backend

Kreml: “Üçüncü ölkələr Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərdən narahat olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə Şimali Koreya arasındakı münasibətlər digər ölkələr üçün narahatlıq yaratmamalıdır, çünki bu münasibətlər onların heç birinə qarşı deyil”.

Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Rossiya” televiziyasına müsahibəsində deyib.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləməsinin ikitərəfli münasibətlərə maneə olub-olmaması ilə bağlı suala Peskov deyib: “Rusiya BMT və BMT Təhlükəsizlik Şurasında sanksiyalarla bağlı mövqeyini saxlayır, lakin bu, ikitərəfli münasibətlərin inkişafına mane ola bilməz”.

Rusiya və Şimali Koreyanın hərbi əməkdaşlıq kimi həssas sahələrdə də əlaqələrinin davam etdiyinə diqqət çəkən Peskov təhlükəsizliklə bağlı ən aktual mövzularda fikir mübadiləsi aparıldığını və bunun davam edəcəyini qeyd edib.

O, kənardan gələn bütün tənqidlərə baxmayaraq Rusiyanın Şimali Koreya ilə əlaqələr quracağını da vurğulayıb.

//Gülnarə Abasova, Editor.az