Rusiya hakimiyyəti Ukraynanı Donbas bölgəsi ilə bağlı qərar qəbul etməyə çağırıb.
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna rəhbərliyi Donetsk vilayəti ərazisindən qoşunların çıxarılması məsələsinə dair təcili qərar verməlidir.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Rusiya tərəfinin mövqeyi dəyişməz olaraq qalır. Peskov qeyd edib ki, Ukrayna tərəfi vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün konkret addımlar atmalıdır.
Bundan əvvəl yayılan məlumatlarda iddia olunurdu ki, Rusiya Ukraynadan Donbasdan qoşunların iki ay müddətində çıxarılmasını tələb edib. Rəsmi Kremlin bu xəbərlərə münasibət bildirərkən, məsələnin siyasi və hərbi baxımdan əhəmiyyətini vurğulayıb.
Ukrayna prezidenti Volodymyr Zelenskyy isə hələlik bu açıqlamalara rəsmi reaksiya verməyib.
//Samir Qurbanov, Editor.az

