Kremlin sözçüsü Peskov bəyan edib ki, Ukrayna ilə danışıqlar üçün heç bir ilkin şərt yoxdur.
Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “Perviy Kanal” televiziyasına verdiyi açıqlamada bildirib.
“Bu mövzuda getdikcə tez-tez verilən suallar qarşısında “danışıqlar” sözü daha tez-tez eşidilməyə başlayıb. Prezident danışıqlar ideyasından heç vaxt əl çəkməyən Rusiya tərəfinin mövqeyini mütəmadi olaraq cavablandırır və lazımi şəkildə izah edir, lakin onların bərpası üçün heç bir ilkin şərtin olmadığını bildirir”, – deyə o bildirib.
Peskov əlavə edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirməklə öz məqsədlərinə doğru addımlayır.
//Gülnarə Abasova, Editor.az

