Kreml Ukrayna ilə sülh danışıqları aparmaq üçün vasitəçilər axtarır, lakin…backend

Kreml Ukrayna ilə sülh danışıqları aparmaq üçün vasitəçilər axtarır, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ukraynaya qarşı müharibədə beynəlxalq sülh vasitəçiliyi cəhdi yaratmağa çalışır. Eyni zamanda, Rusiya tərəfi ukraynalılarla xoşməramlı danışıqlarda iştirak etmək istəmədiyini nümayiş etdirir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 9-da Səudiyyə Ərəbistanında Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclası çərçivəsində Braziliyanın xarici işlər naziri Mauro Vieira və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə görüşüb (ISW). Lavrov həmsöhbətləri ilə Ukraynadakı müharibəni müzakirə edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi təfərrüatları açıqlamayıb.

O, ciddi danışıqlar aparmaq istəmədiyini nümayiş etdirən Kreml rəvayətlərini bir daha təkrar edərək, Ukraynanın “sülh formulu”nun “ultimatum” olduğunu iddia edib. Lavrovun sözlərinə görə, Rusiya bu planı heç vaxt ciddi düşünməyib.
Xatırladaq ki, Braziliya və Çin Xalq Respublikası may ayından etibarən altı bənddən ibarət “Ukrayna böhranının siyasi həlli” sülh planını irəli sürür və bu planın əsas prinsipləri Rusiyanın xeyrinədir. Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda

Kiyevə gələrək Hindistanın beynəlxalq hüquq prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini rəsmən təsdiqləyib.

//Samir Qurbanov, Editor.az