Kreml Ukraynanın Krım körpüsünə mümkün hücumunu şərh edibbackend

Kreml Ukraynanın Krım körpüsünə mümkün hücumunu şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna “terror siyasətini davam etdirir”, lakin Rusiya xidmətləri bütün lazımi təhlükəsizlik tədbirlərini görür.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O, “The Guardian”ın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) 2024-cü ilin birinci yarısında yenidən Krım körpüsünə hücum etməyi planlaşdırması ilə bağlı xəbərini belə şərh edib.

“Ümumiyyətlə, vəziyyət və Kiyev rejiminin bu istiqamətdə davam edən fəaliyyəti, əlbəttə ki, bütün müvafiq xidmətlərimizdən səfərbərliyi, hazırlığı artırmağı və təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görməyi tələb edir ki, bu da edilir. Düşmən aqressiv terror siyasətini davam etdirir”, – Kreml nümayəndəsi mətbuata zəng zamanı bildirib. “Guardian” adı açıqlanmayan GUR rəsmilərinə istinad edirək yazır:

“Onlar iddia edirlər ki, departamentin rəhbəri Kirill Budanovun artıq “bu məqsədə çatmaq üçün çoxlu vasitələri var”. Hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilə biləcəyi güman edilir. Xatırladaq ki, hərbi əməliyyatlar başlayandan sonra Ukrayna iki dəfə Krım körpüsünə hücum edib.

//Samir Qurbanov, Editor.az