Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı ABŞ-ın Yaponiyada yeni hərbi komandanlıq yaratmasını şərh edib.
Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bu, tam olaraq Kremlin məsələsi deyil, bu, bizim ordunun təhlil edəcəyi məsələdir. Mən şübhə etmirəm ki, lazımi analizlər aparılacaq”, – Peskov bildirib.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın təhlükəsizlik əlaqələrini gücləndirmək üçün Yaponiyada yeni hərbi komandanlıq yaradacağını yazmışdı. Nəşrin müəllifləri yazır ki, Vaşinqton Çinin hərbi güclənməsi fonunda Asiyadakı müttəfiqlərini gücləndirmək üçün addımlar atır. ABŞ-ın hərbi bazaları və digər hərbi infrastrukturları Yaponiyada İkinci Dünya Müharibəsinin sonundan bəri mövcuddur.
//Gülnarə Abasova, Editor.az

