Kremldə şok gəlişmə: Lavrov postundan ayrılır – Yerini bu şəxs tutacaqbackend

Kremldə şok gəlişmə: Lavrov postundan ayrılır – Yerini bu şəxs tutacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada həftə sonu keçiriləcək Duma seçkilərinin nəticələri rezonans doğura bilər.

Editor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayıb.

İki “ağır çəkili fiqur” – hakim Vahid Rusiya partiyasının namizəd siyahısının başında yer alan müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun siyasi gələcəyi maraq doğurur.

Prezident Vladimir Putin Şoyqu və Lavrovun Dumaya seçiləcəkləri təqdirdə kabinetdəki yoxluqlarını hiss edəcəyini demişdi.

Politoloq Dmitri Abzalov News.ru portalına müsahibəsində nazirlərin istefa vermə ehtimalından danışıb.

Onun sözlərinə görə, Şoyqu müdafiə naziri postundan qəti şəkildə imtina etməyəcək. Amma Lavrov seçiləcəyi təqdirdə onun Dövlət Dumasında bir vəzifə tutması son dərəcə mümkündür. Politoloq təcrübəli siyasətçinin Dumanın vitse-spikeri olacağı və beynəlxalq əlaqələr komitəsinə rəhbərlik edəcəyi qənaətindədir. Bəzi analitiklər isə Lavrovun yeni dövrdə Dumanın sədri ola biləcəyini düşünür.

Rusiya mediası uzun müddətdir ki, Sergey Lavrovun özünün xarici işlər naziri postunu tərk etmək istədiyini bildirir. Hətta bəzi şərhçilər onun postu üçün Putinin sözçüsü Dmitri Peskovun adını hallandırırlar.

Abzalov iki təcrübəli nazirin Duma seçkilərinə girməsini hökumətin xalqın narazılığını aradan qaldırmaq istəyi ilə əlaqələndirib. Onun fikrincə, nüfuzlu nazirlər koronavirus pandemiyası səbəbiylə qəbul edilən məhdudiyyətlərin təsirini aradan qaldırmaq üçün yeni cəbhədə “döyüşə” girirlər.

Politoloq Şoyqunun Uzaq Şərq və Sibir kimi inkişaf etməmiş bölgələrə maraq göstərdiyini söyləyib.

Başqa bir iddia hər iki nazirin seçkilərdə qalib gəldikdən sonra parlamentdəki vəzifələrindən istefa verəcəyi və bu postları siyahıdakı digər Vahid Rusiya namizədlərinə ötürmə ehtimalı ilə bağlıdır.

Rusiya mətbuatındakı bəzi şərhlərdə Sergey Şoyqu Putindən sonrakı mümkün ssenaridə prezidentliyə ən güclü namizədlərdən biri hesab olunur.

Duma seçkiləri cümə günü başlayacaq və bazar günü axşam başa çatacaq.(Publika.az)

Loading...