Kremldən Mariupol AÇIQLAMASIbackend

Kremldən Mariupol AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Yaponiyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Kuril adalarının Rusiya tərəfindən qanunsuz olaraq işğal edildiyinə dair məlumatlar yayılıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hesabat məlumatlarında Rusiya ilə məhz Kuril adalarına görə fikir ayrılığının olduğu vurğulanıb.

Kreml sözçüsü Dmitri Peskov  yayılmış hesabata münasibət bildirib. O, qeyd edib ki, Yaponiya Rusiya üçün düşmən ölkə halına gəlib.

Dmitri Peskov Mariupolun Ukrayna hərbçilərinin nəzarətdə olmasına da münasibət bildirib.

“Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, Ukrayna hərbiçiləri Mariupol şəhərinə nəzarəti ələ keçirib. Bu, yalnış fikirdir. Mariupol şəhəri rus ordusunun nəzarətindədir. Sizə məsləhətim odur ki, Rusiya Müdafiə naziri Şoyqunun cənab Prezident Vlodimir Putinə verdiyi hesabata inansız”,-deyə Kreml sözçüsü bildirib.

 //Editor.az