Kremldən Paşinyanın KTMT haqqında bəyanatlarına cavabbackend

Kremldən Paşinyanın KTMT haqqında bəyanatlarına cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Söhbət Ermənistanın suveren hüquqlarına aid olan məsələlərdən gedir: Əlbəttə, strateji və taktiki inkişaf yollarını Ermənistan özü seçir, lakin eyni zamanda, biz cənab Paşinyanla qəti şəkildə razılaşmırıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir, əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur”, – deyə Kreml nümayəndəsi qeyd edib.

O, vurğulayıb ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və davam etdirəcək, çünki Ermənistan Rusiya üçün “yaxın tərəfdaşdır”.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə son həddə yaxındır.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Paşinyan, həmçinin, vurğulayıb ki, İrəvan təşkilatla münasibətlərini dondurub, çünki o, guya dövlətin suverenliyinə təhlükə yaradırdı.

Bununla yanaşı, baş nazir əmin edib ki, Ermənistan nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətindədir, lakin Avropa İttifaqı ilə ticarət dövriyyəsini artıracaq. O bildirib ki, əgər respublika hakimiyyəti Aİ-yə daxil olmaq üçün münasib fürsət görərsə, onu əldən verməyəcək.

Avqustun sonunda Paşinyan bəyan etmişdi ki, Ermənistan hazırda KTMT-nin bütün orqanlarında iştirakını donduraraq hələlik başqa qərarlar qəbul etmək niyyətində deyil. Siyasətçinin sözlərinə görə, Ermənistan hakimiyyəti bu qərarı hazırkı mərhələdə kifayət hesab edir.

Bundan əvvəl Ermənistan payızın əvvəlində KTMT Kollektiv Operativ Reaksiya Qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimlərində iştirakdan imtina etmişdi.