Kremlin Rusiya-ABŞ danışıqlarından sonra gözləntiləri nikbin deyilbackend

Kremlin Rusiya-ABŞ danışıqlarından sonra gözləntiləri nikbin deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya-ABŞ məsləhətləşmələri barədə nikbinlik üçün səbəb görmür.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələ ki nikbinlik üçün səbəb görmürük. Məsləhətləşmələr müsbət qiymətə layiqdir və bu müsbət qiyməti xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən verilib. Danışıqlar baş tutub, açıq, substantiv və birbaşa keçib”,– deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar baş tutub. Danışıqların növbəti raundu Brüsseldə Rusiya-NATO Şurasının iclası çərçivəsində və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı meydançasında keçiriləcək.