Kremlin: Rusiya Ukraynadakı məqsədləri üçün ilk növbədə siyasi və diplomatik vasitələrə üstünlük verirbackend

Kremlin: Rusiya Ukraynadakı məqsədləri üçün ilk növbədə siyasi və diplomatik vasitələrə üstünlük verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə bağlı məqsədlərinə ilk növbədə siyasi və diplomatik yollarla nail olmağa üstünlük verdiyini, Qərb və Kiyevin bu üsullardan imtina edəcəyi təqdirdə xüsusi hərbi əməliyyatın davam edəcəyini bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Dmitri Peskov Kiyevin Qərbin Ukraynaya yardımını azaltmasını nəzərə alaraq Moskvaya danışıqlar təklif edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Peskov yardım və danışıqların bir-biri ilə əlaqəli olmadığına diqqət çəkib: “Bir daha təkrar edirəm, bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur. Nə zaman Qərb və ukraynalılar bu üsulları rədd edir, sonrasında xüsusi hərbi əməliyyat davam edir”.

ABŞ administrasiyası Konqresdən Ukraynaya yardım üçün əlavə büdcə tələb etdi və bu yardımın təsdiqi qeyri-müəyyən olaraq qalarkən, bu yardıma bəzi etiraz səsləri də yüksəldi.

Qeyd edək ki, ABŞ mətbuatında Ukrayna və Rusiyanın gizli danışıqlar apardığı iddiaları da gündəmə gəlib.

//Səbinə Hüseynli, Editor.az