Kremlin sülh məsələsində ciddi olub-olmadığına yaxın günlərdə qərar veriləcək – ABŞ dövlət katibi Marko Rubiobackend

Kremlin sülh məsələsində ciddi olub-olmadığına yaxın günlərdə qərar veriləcək – ABŞ dövlət katibi Marko Rubio

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya cəbhə xəttində hücum əməliyyatlarını gücləndirir.

Editor.az bildirir ki, bu barədə CNN ukraynalı zabitlərə, Ukrayna Baş Qərargahının təhlilinə və öz müxbirlərinin məlumatlarına istinadən xəbər verir.

Son günlər Rusiya tərəfdən hərbi fəallığın artması müşahidə olunur. Lakin bunun Kiyevin çoxdan xəbərdar etdiyi tammiqyaslı yaz hücumunun başlanğıcı olub-olmadığı hələ bilinmir. Görünür Rusiya lideri Vladimir Putinin Donald Trampın potensial narazılığını o qədər də nəzərə almır. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Kremlin sülh məsələsində ciddi olub-olmadığına “bir neçə həftədən sonra” qərar veriləcək.

//Samir Qurbanov, Editor.az