Kremlin Ukraynada müharibə ilə bağlı üç ssenarisi var – ABŞ kəşfiyyatıbackend

Kremlin Ukraynada müharibə ilə bağlı üç ssenarisi var – ABŞ kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun ortalarına olan məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi əsas kuliminasiya nöqtəsinə çatıb və Rusiya Federasiyasının gələcək müharibəsi üç ssenari üzrə inkişaf edə bilər. Editor.az xəbər verir ki, barədə CNN ABŞ kəşfiyyatının analitiklərinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, ABŞ Putinin Ukrayna ərazisinin zəbt olunmuş hissəsində gələcək irəliləyiş planları üçün tramplin kimi istifadə edə biləcəyindən ehtiyat edir.

Kəşfiyyat iddia edir ki, Rusiya quru qoşunlarının üçdə birini itirib, lakin ümumi səfərbərlik olmadan yeni qazanclar əldə etməyə çalışacaq ki, bu da Putin üçün “siyasi cəhətdən təhlükəli addım” hesab olunur. Nəşrin məlumatına görə, hazırda üç mümkün ssenari qiymətləndirilir:

“Birincisi, Rusiya Donbasda kiçik mərhələli qazanc əldə etməyə davam edə bilər. Bu, davamlı yerli irəliləyişlər və bəlkə də artilleriya, şəxsi heyətin üstünlüyü səbəbindən ləng irəliləyiş deməkdir”.

“İkincisi, ön cəbhə illərlə olmasa da, aylarla dayana və hərəkətsiz qala bilər. Bu isə hər iki tərəfə böyük itkilər verəcək və Qərb üçün böhran təhlükəsini əhəmiyyətli dərəcədə artıracaq, dünya iqtisadiyyatı tükəndikcə daha da pisləşəcək”.

” Üçüncü ssenari mümkünsüz görünür. Bildirilib ki, işğalçı ölkənin başçısı Putin işğalın təxirəsalınmaz planlarını yenidən nəzərdən keçirərək “qələbə” elan etmək və hərbi əməliyyatları minimuma endirmək qərarına gəlib.

Ukraynanın hələ Donbasda genişmiqyaslı əks-hücum üçün kifayət qədər resursu olmadığı üçün bu cəbhədə hərbi əməliyyatların aparılması təşəbbüsü Rusiyada qalır və ssenari seçimini Kreml edir”.

Xatırladaq ki, 9 may 2022-ci ildə ABŞ prezidenti Cozef Bayden Ukrayna üçün Kredit -İcarə Aktını imzaladı. Ukrayna tərəfi Rusiya üzərində qələbədən sonra hərbi texnika və silahları icarəyə götürüb onun pulunu ödəyə və ya sağ qalan texnikanı geri qaytara biləcək.

Ekspertlər əmindirlər ki, Ukraynanın alacağı “Lend-Lease” silahları qüvvələr balansını kökündən dəyişəcək. Ona görə də indi Moskva fürsətdən istifadə edərək Donbassda daha da çox ərazi ələ keçirməyə çalışır.

Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın daha çox ağır silahlar alması lazım olduğunu bəyan edib.

//Gülnarə Abasova, Editor.az