Krım Federal Dairəsi (KFD) Ukraynadakı hərbi əməliyyatdan sonra yenidən təşkil oluna bilər.
Editor.az xəbər verir ki, bunu “Vahid Rusiya” blokunun Krımdan olan deputatı Dmitri Belik bildirib. “Krım Federal Dairəsi yenidən təşkil oluna bilər və onun tərkibinə Ukraynanın tarixən tarixən Rusiyaya məxsus olmuş əraziləri də daxil ediləcək”, – deputat bildirib. Xatırladaq ki, Krım Federal Dairəsi ərazi vahidi 2014-2016-cı illərdə yaradılıb və daha sonra KFD Cənub Federal Dairəsinə daxil edilib.
Aprel ayının əvvəllərində Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet inqilabdan əvvəlki dövrdə müasir Xerson və Zaporojye vilayətlərinin ərazilərinin daxil olduğu Tavrida vilayətini bərpa etməyi təklif etdi.

