Avqustun 9-da günorta saatlarında Rusiyanın işğalı altında olan Krımın Sakski rayonundakı Novofedorivka hərbi aerodromunda partlayışlarlar baş verib.
Bu barədəd Editor.az “Kriminform”a istinadən xəbər verir. Xəbərə görə, partlayışlar hələ də davam edir və yəqin ki, silah anbarları vurulub. Sosial şəbəkələrdə insanlar artıq 10-dan çox partlayış olduğunu yazırlar. Novofedorovkadan 20 km aralıda “avtomobillərdə pəncərələr titrəyir, həyəcan siqnalları işə düşüb”. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti bu məlumatı şərh etməkdən imtina edib.
Editor.az

