Krım istiqamətində hücumdan ehtiyatlanan ruslar üçüncü müddəfiə xəttini qururlarbackend

Krım istiqamətində hücumdan ehtiyatlanan ruslar üçüncü müddəfiə xəttini qururlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Melitopol yaxınlığında üçüncü müdafiə xəttini qurur və komendant saatını tətbiq edirlər.

Editor.az bildirir ki, “RİA-Melitopol”un yazdığına görə, onlar Polyanovka kəndindən bütün yerli əhalini çıxarır və ora beton bloklar gətirirlər. Şahidlərin sözlərinə görə, işğalçılar birabaşa sakinlərin bağ və bostanlarında səngərlər qazır və Ukrayna Silahlı Qüvvələrinin tezliklə Kaxovkaya, oradan da Krıma girəcəyini təşvişlə müzakirə edirlər.

Polyanovka ilə yanbayan olan Lazurnoe kəndinin yaxınlığında daha çox düşmən əsgəri var. Onların uşaq bağçalarında, ibtidai məktəb binalarında, fərdi yaşayış evlərində məskunlaşdıqları bildirilir. İşğalçılar yerli sakinlərin şəxsi nəqliyyat vasitələrini əllərindən alıblar və hər kəsə saat 16:00-dan sonra küçəyə çıxmağı qadağan ediblər. KİV işğalçıların Radinovonkaya da soxulduqlarını xəbər verirlər.

//Samir Qurbanov,Editor.az