Krım körpüsü yenidən bağlandıbackend

Krım körpüsü yenidən bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Sentyabrın 14-də səhər saatlarında işğalçılar yenidən Krım körpüsündə nəqliyyatın hərəkətini dayandırdıqlarını bildiriblər.

Editor.az bildirir ki, bu barədə “RİA-Novosti” nəşri məlumat verib. Ruslar ənənəvi olaraq körpünün bağlanmasının vaxtı və səbəbləri barədə məlumat vermirlər.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə də işğalçılar Krım körpüsündə nəqliyyatın hərəkətini növbəti dəfə bağlamışdılar. Sevastopolun işğalçı “hakimiyyəti” Kilen-balka ərazisində gəmi təmiri zavodunda yanğın baş verdiyini bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi raketlər və pilotsuz qayıqların hücumu nəticəsində iki gəminin zədələndiyini xəbər vermişdi.

//Samir Qurbanov, Editor.az