Rusiya Federasiyasının Krım Respublikasının lideri Sergey Aksenov Ukrayna parlamentində yaradılan və Krımın itirilməsinin səbəblərini araşdıran komissiyaya 2014-cü ildəki çevrilişin də səbəblərini araşdırmağı tövsiyə edib.
Editor.az xəbər verir ki, Aksenov Telegram hesabındakı paylaşımında Ukrayna Ali Şurasının “Krımın itirilməsinin” səbəblərini araşdırmaq üçün komissiya yaratmasını dəyərləndirib:
“Əslində Krımın itirilmə səbəbləri Ukraynada artıq yaxşı məlumdur. Daha doğrusu, yalnız bir səbəb var, 2014-cü ildə Kiyevdə çevriliş…Deməli, komissiya həqiqətən də həqiqəti, çoxlu ölümləri üzə çıxarmaq istəyirsə, o, ölkənin parçalanmasına və vətəndaş müharibəsinə səbəb olan bu cinayətin təşkilatçıları və icraçılarının adları açıqlanmalıdır.
Aksenov qeyd edib ki, çevrilişi həyata keçirənlər Ukrayna siyasətçiləri və xarici şəriklərdir:
“Adlar yaxşı məlumdur. Amma təbii ki, indiki işğalçı rejim mövcud olduğu müddətdə adlar açıqlanmayacaq. Komissiyanın yaradılma məqsədi isə başqadır, ölkədəki siyasi opponentlərlə təbliğat və hesablaşmadır”.
//Gülnarə Abasova, Editor.az

