Bu Ukrayna- Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilməzbackend

Bu Ukrayna- Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kiyevdə keçirilən “Krım platforması”nda qərb dövlətlərinin bir çoxunun iştirak etməsində əsas məqsəd Krım məsələsini gündəmdə saxlamaq və Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycanla Ukrayna dostluq əlaqələri yüksək inkişaf edib və İkinci Qarabağ müharibəsində də Ukrayna birmənalı şəkildə Azərbaycana dəstək verdi. Azərbaycan bütün beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Bunu Ukrayna tərəfi də çox yaxşı bilir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, “Krım Platforması”na Azərbaycanın qatılmamasının əsas səbəbi Qarabağda baş verən son proseslərlə əlaqədardır:

“Rusiya tərəfi birmənalı şəkildə “sülhməramlılıq” missiyasını yerinə yetirmir, erməni seperatizmini körükləyir. Azərbaycan “Krım Platforması”nda iştirak edəcəyi təqdirdə Rusiya ilə əlaqələrin korlanacağını düşündü. Əgər bu baş tutsaydı, həqiqətən də Rusiya- Azərbaycan arasında indiki gərgin vəziyyəti daha da qəlizləşdirə bilərdi. Ona görə Azərbaycan belə bir addım atdı”.

Politoloqun sözlərinə görə Azərbaycan heç olmasa səfir və ya xarici işlər naziri müavini səviyyəsində ” Krım Platforması”nda iştirak etməli idi:

“Bu birbaşa Ukrayna ərazi bütövlüyü məsələsidir. Ona görə Azərbaycan Ukraynaya bir şəkildə dəstək verməli idi. Lakin Azərbaycanın “Krım Platforması”nda iştirak etməməsi Ukrayna-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilməz. Çünki Ukrayna bölgədəki prosesləri, əsasən Qarabağ məsələsini yaxından izləyir. Hər ehtimala qarşı Azərbaycan Ukrayna tərəfinə platformaya qatılmama səbəbləri barədə məlumatlandırmalıdır”.

//Gülnarə Abasova, Editor.az