Krım Rusiya deyil: Aleksandr Lukaşenkodan gözlənilməz etirafbackend

Krım Rusiya deyil: Aleksandr Lukaşenkodan gözlənilməz etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquqi baxımdan Krım Rusiyaya aid deyil. Bunu oktyabrın 25-də Rusiyanın “İzvestiya” təbliğat nəşrinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko etiraf edib.

Belarus liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət yarımadanın Rusiya olduğunu tanımır. “De-fakto Krım Rusiyadır, de-yure deyil, çünki bu məsələlər birtərəfli qaydada həll olunub”, – Lukaşenko bildirib.

Jurnalistlərdən birinin Lukaşenkonun Krıma gedəcəyi ilə bağlı sualına belaruslu siyasətçi cavab verib ki, o, “qərarlı insandır”, lakin indi buna ehtiyac yoxdur.

//Samir Qurbanov, Editor.az