Krım səmasında Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatı vurulub – Rusiya Müdafiə Nazirliyibackend

Krım səmasında Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatı vurulub – Rusiya Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 22-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya ərazisində terror aktı törətmək cəhdini dayandırıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Növbəti hava hücumundan müdafiə sistemləri Krım Respublikası ərazisi üzərində Ukraynaya məxsus 3 pilotsuz uçuş aparatını məhv edib”, – nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, bundan əvvəl Rostov vilayəti üzərində səmada təyyarə tipli dronun məhv edilməsi barədə məlumat yayılmışdı. İHA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

//Samir Qurbanov, Editor.az