Krıma kim nəzarət edərsə, müharibədə o, qalib gələcək – Amerika generalıbackend

Krıma kim nəzarət edərsə, müharibədə o, qalib gələcək – Amerika generalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım hələ də Rusiyanın işğalı altında olan Ukrayna ərazisinin ən mühüm hissəsidir.

Editor.az bildirir ki, bu barədə ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces “Sestri”yə müsahibəsində bildirib. “Bura bizim “həlledici ərazi” dediyimiz yerdir. Krıma kim nəzarət edərsə, məncə, bu müharibədə qalib gələcək.

Yarımadaya qurudan hücum əməliyyatı yaxın gələcəkdə baş tutmayacaq, ancaq bu və ya başqa şəkildə artıq köhnəlmiş düşüncə tərzidir. Yəni, ilk növbədə Krımı rus qoşunları üçün yararsız etmək vacibdir”, – Hodces bildirib. Onun sözlərinə görə, bunun üçün Ukraynaya “istənilən yeri vura bilən” yüksək dəqiqlikli uzaqmənzilli silahlar lazımdır. “Hər bir Rusiya gəmisinə, hər bir rus təyyarəsinə, hər qərargahına, hər raket meydançasına, hər hava qüvvələri bazasına.

Nəticədə, bu, Krımı Rusiyanın istifadəsi üçün yararsız edəcək”, – amerikalı hərbi zabit vurğulayıb. O, yarımadanın işğaldan azad edilməsinin ikinci komponentini Krımın təcrid olunmasını, yəni oraya getmək üçünistifadə olunan iki marşrutun bağlanmasını deyib.

“Birincisi qanunsuz tikilmiş Kerç körpüsüdür. İkincisi isə Rostovdan Azov sahili ilə Mariupol və Berdyansk vasitəsilə Krıma uzanan quru dəhlizidir. Və mən hesab edirəm ki, bu marşrutların hər ikisini uzaq məsafədən dəqiq atəşlə kəsmək olar”, – Hodces yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az