Rusların nəzarətində olan Krımda onlarca işğalçını öldürməkdə şübhəli bilinən iki qızı saxlamağa çalışıblar.
Lakin onlar cavab atəşi açaraq Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşını öldürüblər.
Editor.az bildirir ki, diversantlar Yaltada şəxsi evlərdən birində olublar. Birr neçə gün əvvəl onları saxlamağa çalışsalar da, bacara bilməyiblər – qızlar qaçıblar. “…46 döyüşçünün ölümündə şübhəli bilinən şəxslər müqavimət göstəriblər və təəssüf ki, onları saxlamaq mümkün olmayıb… Təxribatçılar yaxşı silahlanmış və (bunu gözləmirdik!) yaxşı hazırlanmışdılar. Üstəlik, kimsə bizim səfərimizlə bağlı onları xəbərdar edə bilər.
Xüsusi təyinatlılar onları həbs etməyə gələn kimi tapança və avtomatlardan onlara atəş açıblar…”, – Rusiya xüsusi xidmət orqanları bildirib. Məlumata görə, işğalçılar cavab olaraq yalnız bir neçə atəş açmağa müvəffəq olub, lakin qızlar maşına minib qaçıblar. Jurnalistlər təxribatçının avtomobilinin Yaltanın kənarında tərk edildiyini öyrəniblər. “…Biz təxribatçıların hazırda harada olduğunu bilmirik.
Atışma nəticəsində 3 FSB əməkdaşı həlak olub. Daha iki nəfər yaralanıb, onlardan biri ağırdır. Cinayətkarlardan biri də yaralanmış ola bilər, amma bu yaranın ciddi olması ehtimalı azdır (o, atışma yerindən təkbaşına qaçıb). Diversantların axtarışı davam edir”, – deyə mənbələr əlavə ediblər.
//Samir Qurbanov, Editor.az