Krımda hava hücumu xəbərdarlığı elan edilib: Kerçdəki gəmi təmiri zavodunun vurulduğu deyilirbackend

Krımda hava hücumu xəbərdarlığı elan edilib: Kerçdəki gəmi təmiri zavodunun vurulduğu deyilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlhaq edilmiş Krımda hava hücumu xəbərdarlığı elan edilib. İşğalçılar Sevastopol körfəzində tüstü pərdəsi yarandığını iddia edirlər.

Editor.az bildirir ki, bu barədə Sevastopolun qondarma “qubernatoru” Mixail Razvojaev “Krım reali”yə məlumat verib. İşğalçılar artıq sosial şəbəkələrdə “HHMS-nin uğurlu işi” haqqında məlumat yayıblar və guya hər şey qaydasındadır.

Razvojaevin sözlrinə görə, “Sevastopol körfəzindəki tüstü standart kamuflyaj vasitələrindən istifadə edən hərbçilərin işidir”. “Azadlıq” radiosu isə Kerçdə partlayışlar barədə məlumat verərək, buradakı gəmi təmiri zavodunun vurulduğu deyir. Krımın qondarma “rəhbəri” Sergey Aksenov bildirib ki, Rusiyanın hava hücumundan müdafiəsi guya zavodun ərazisində işə düşüb və dağıntılar “dok sahəsinə düşüb”.

//Samir Qurbanov, Editor.az