Krımda Nikita Xruşşovu “yad etdilər”backend

Krımda Nikita Xruşşovu “yad etdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın “Vətəndaş Palatası” adlanan təşkilatı yarımadanın Ukraynaya verilməsi ilə bağlı 1954-cü il qərarının ləğv edilməsini təklif edib.

Editor.az bildirir ki, bunu təşkilatın sədri Aleksandr Formançuk jurnalistlərə deyib. Onun sözlərinə görə, Rusiyaya qarşı “dağıdıcı müharibə” elan edən “müasir millətçi Ukrayna” Krım mövzusunu daim manipulyasiya edir. “Krımın hərbi yolla “azad ediləcəyi” ilə bağlı bəyanatlar yayılır.

Biz sübut etməliyik ki, bugünkü Ukraynanın tarixən Krımla heç bir əlaqəsi olmayıb, yarımada o vaxt qüvvədə olan qanunvericiliyə zidd olaraq 1954-cü ildə Ukraynaya verilib”, – Formançuk bildirib. Regiondan olan senator, Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Sekov Krımın Ukrayna SSR-ə verilməsi ilə bağlı aktın rəsmi olaraq ləğv edilməsindən danışıb. “Ukraynanın dövlət rəsmilərinin yalanlarını nəzərə alaraq, bu qərar rəsmən ləğv edilməlidir.

SSRİ-nin hüquqi varisi kimi Rusiyanın buna tam hüququ var. Krımın statusu ilə bağlı beynəlxalq səviyyədə bütün spekulyasiyalara birdəfəlik son qoyulmalıdır”, – o, bildirib. Qeyd edək ki, 1954-cü il fevralın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Krım vilayətinin RSFSR-dən Ukrayna SSR-ə verilməsi haqqında” fərman verib. Qərar xalqların, xüsusən də İttifaqın Ukrayna və Rusiya əhalisi arasında dostluğunun möhkəmləndirilməsi məsələləri ilə əsaslandırılıb.

 //Samir Qurbanov,Editor.az