Krımda rus ordusuna ağır zərbə: Silah anbarı darmadağın… – Hərbi hissə yanırbackend

Krımda rus ordusuna ağır zərbə: Silah anbarı darmadağın… – Hərbi hissə yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın işğal edilmiş Krım yarımadasının Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

“Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər var: rusların Cankoy rayonunun Qalay kəndindəki hərbi hissəsinə uğurlu zərbə endirilib. Bir saatdır ki, partlayış səsləri eşidilir”, – Çubarov bildirib.

O əlavə edib ki, zərbə Rusiya ordusunun silah-sursat anbarına endirilib.

Bu gün səhər saatlarında Krımda partlayış səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar Cankoy rayonundakı elektrik yarımstansiyasında baş verib. Obyektin tüstülədiyi bildirilir.

Teleqraf.com