Krımda Rusiya genaralı öldürülüb-Fotobackend

Krımda Rusiya genaralı öldürülüb-Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 31-də müvəqqəti işğal olunmuş Krımda Belbek aerodromunun yaxınlığında silsilə partlayışlar baş verib. Rusiya Müdafiə Nazirliyi 20 “Ukrayna” raketinin vurulduğunu açıqlayıb.

Editor.az Rusiya mətbuatına istinadən bildirir ki, hücum 80159 saylı hərbi hissənin rabitə məntəqəsinə edilib. “Krım küləyi tg” kanalı Rusiyanın ictimai səhifələrinə istinadən xəbər verir ki, işğal altında olan Sevastopolda Belbek hərbi aerodromuna endirilən zərbə zamanı bir rus generalı məhv edilib.

Rusiya informasiya mənbələri zərbə nəticəsində aviasiya eskadrilyasının komandiri, general-leytenant Aleksandr Tatarenko da daxil olmaqla 10 rusiyalı hərbçinin həlak olduğunu bildirir. Bildirilir ki, iki raket 38-ci Qırıcı Aviasiya Alayının komanda məntəqəsinə, daha bir raket isə aerodromun rabitə postuna hücum edib. Ukrayna Silahlı Qüvvələri ruslar üçün gözlənilməz marşrutlar üzrə qanadlı raketlər buraxıb: onların əksəriyyəti Qara dənizin su səthindən keçib.

//Samir Qurbanov, Editor.az