İşğal olunmuş Krımda qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində Şimal Donanmasının qarışıq aviasiya korpusunun komandiri general-leytenant Aleksandr Otroşçenko də olub.
BBC Rus Xidmətinin Rusiya hərbi dairələrindəki mənbələrə istinadən verdiyi məlumata görə, təyyarə 31 martda yarımadanın Baxçasaray rayonunun Kuybışevo kəndi yaxınlığında qəzaya uğrayıb. Mənbə iddia edir ki, Otroşenko ilə birlikdə bir neçə başqa zabit də uçub. Jurnalistlər general-leytenantın ölümü ilə bağlı birbaşa suala Severomorsk sakini “Bəli, o öldü” cavabını verib.
O, həmçinin təyyarə qəzasında qohumu, mayor rütbəli şəxsin həlak olduğunu bildirib.
Otroşenko son 15 ildə Rusiya ordusunda rəhbər vəzifələr tutub – 2010-cu ildən 2013-cü ilə qədər Qara Dəniz Donanmasının dəniz aviasiyasına komandanlıq edib. Daha sonra Şimal Donanmasının dəniz aviasiyasına rəhbərlik edib və Şimal Donanmasının 45-ci hava qüvvələri ordusuna və hava hücumundan müdafiəsinə komandanlıq edib. 2019-cu ildə general-leytenant rütbəsinə yüksəlib, 2024-cü ildə isə Şimal Donanmasının qarışıq aviasiya korpusunun komandiri olub.
2014-cü ildə Otroşenko Krımın ilhaqında iştirak edib və sonradan Rusiyanın Suriyadakı təcavüzünə qoşulub. Bəyanatda qeyd olunur ki, Otroşçenko Rusiyanın Ukraynaya müdaxiləsinin başlanğıcından bəri öldürülən 14-cü rus generalı olub.
//Samir Qurbanov, Editor.az

