Krımda Rusiyanın Qvardeyskoye aviabazasına raket zərbələri endirilibbackend

Krımda Rusiyanın Qvardeyskoye aviabazasına raket zərbələri endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mətbuatı müvəqqəti işğal olunmuş Krımda Rusiya hərbi obyektinə uğurlu hücumdan yazır.

Editor.az “Astra” nəşrinə istinadən bildirir ki, “Krımda Qvardeyskoye aviabazasına raket zərbələri endirilib. Üç hərbçi yaralanıb. Nəşrin məlumatına görə, martın 1-də saat 16.00 radələrində Qvardeyskoye aviabazasının (46451 saylı hərbi hissə) ərazisinə iki “naməlum raket” düşüb.

Hər iki raket partlayıb. Aerodromun taksi yolu zədələnib. Üç hərbçi yaralanıb”, – nəşr iddia edib. “Azadlıq” radiosunun məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin 37-ci qarışıq aviasiya alayı Su-24M və Su-25SM-dən ibarət iki eskadrilyadan – hər biri 12 təyyarədən ibarət Qvardeyskoye aerodromunda yerləşir.

//Samir Qurbanov, Editor.az