Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub – YENİLƏNİBbackend

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Krımın Canköy rayonunda ikinci partlayış baş verib.

“Report” “RBK Ukraina”ya istinadən bildirir ki, ərazidəki transformator yarımstansiyasında da partlayış olub.

Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partıayış, ardınca yandığı barədə məlumat yayılmışdı.

09:28

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.