Krımda təhlükəsizlik səbəbi ilə Yeni il və Milad bayramları üçün böyük ictimai tədbirlər keçirilməyəcək.
Editor.az bildirir ki, bu barədə qondarma “respublika”nın rəhbəri Sergey Aksenov sosial şəbəkələrdə məlumat verib. “Əsas prioritet təhlükəsizlikdir. Amma təbii ki, biz krımlılarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün lazım olan hər şeyi edəcəyik”, – Sergey Aksenov yazıb.
Onun sözlərinə görə, yeni il bayramları uşaqlar üçün məhdud formatda keçiriləcək. Yaşayış məntəqələrində yolkalar quraşdırılacaq, küçələr bəzədiləcək. Bununla belə, Krımın bir sıra regionlarında, eləcə də mühüm obyektlərin ərazisində terror təhlükəsinin sarı səviyyəsi hələ də qüvvədədi
//Samir Qurbanov, Editor.az

