Krımdan Rusiyaya hərbi texnika daşınırbackend

Krımdan Rusiyaya hərbi texnika daşınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımdan Rusiyaya hərbi texnika daşınır İşğal olunmuş Krımda Rusiya hərbi texnikası yüklənmiş hərbi kolonun işğal altındakı Xerson vilayətindən Krım körpüsü istiqamətində aktiv hərəkəti müşahidə olunur.

Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin cənub istiqamətində uğurları və ilhaq edilmiş yarımadanın azad edilməsi ilə bağlı şayiələr fonunda baş verir.

Editor.az xəbər verir ki. bu barədə “Krım. Realii” hadisə şahidlərinin məlumatlarına istinadən xəbər verir. Jurnalistlər foto sübutları da dərc ediblər. Belə ki, Cankoyda Tavrida şossesi istiqamətində hərəkət edən maşınların sütunları görünüb. Şahidlərin sözlərinə görə, onlar Krım körpüsündən keçməyə hazırlaşırmış, hansı ki, üzərindən hərəkət etmək mülki nəqliyyat üçün belə qadağandır.

“Xerson vilayətindən karvanın tərkibində hərəkət edən Rusiya hərbi yük maşınlarının birində xaricdən gətirilən kənd təsərrüfatı traktorları da görünüb”, – jurnalistlər yazır.

//Samir Qurbanov,Editor.az