Krımı diplomatik yolla qaytarmaq olar – Volodimir Zelenskibackend

Krımı diplomatik yolla qaytarmaq olar – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna işğal olunan əraziləri Rusiya ərazisi kimi tanıya bilməz.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 20-də yayımlanan “Fox News”a müsahibəsində bildirib. “Biz Ukraynanın heç bir işğal olunmuş ərazisini hüquqi olaraq Rusiya ərazisi kimi tanıya bilmərik. Söhbət 2014-cü ildən bəri Putin tərəfindən tammiqyaslı işğaldan əvvəl işğal edilmiş ərazilərdən gedir.

Qanuni olaraq biz bunu tanımırıq, qəbul etmirik” – Zelenski bildirib. O, müharibəni dayandırmaq üçün sülh sazişi axtarışında Krımdan imtina etməyə hazır olub-olmaması barədə bunları deyib: “Mən artıq demişəm ki, biz Krımı diplomatik yollarla qaytarmağa hazırıq, biz on minlərlə insanımızı Krımın qaytarılması uğrunda ölümə göndərə bilmərik… Biz başa düşürük ki, Krımı diplomatik yolla qaytarmaq olar”, – deyə prezident cavab verib.

//Samir Qurbanov, Editor.az