Krımın azad edilməsinə artıq başlanılıb – Hərbi ekspert Roman Svitanbackend

Krımın azad edilməsinə artıq başlanılıb – Hərbi ekspert Roman Svitan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi ekspert Roman Svitan Krımın azad edilməsini Ukrayna Müdafiə Qüvvələrinin 2024-cü il üçün əsas vəzifəsi adlandırıb.

Editor.az bildirir ki, bu barədə Svitanı UNIAN YouTube kanalında deyib. “2024-cü ildə vəzifə strateji xarakter daşıyacaq – Krımın azad edilməsi. O bizim tərəfdaşlarımız tərəfindən verilən qüvvə və vasitələrin – aviasiya və raket texnologiyaların köməyi ilə bizə ötürüləcək.

Bu, əsas məsələdir”. Ekspertin sözlərinə görə, artıq Krımın azad edilməsinə başlanılıb və bunu Ukrayna qüvvələrinin hərəkətlərində də görmək olar. “Biz bunu görürük. Və bu, uzaqmənzilli silahların köməyi ilə davam edəcək. Sonrakı – qoşunlarımızın Krıma daxil olmasıdır”, – ekspert qeyd edib.

O, əlavə edib ki, indi görünən zərbələrin mexanizmləri və istiqamətləri Ukrayna hərbi komandanlığının bu vəziyyətin inkişafı ilə bağlı baxışı olduğunu göstərir. “Artıq başladığımız işi davam etdirəcəyik. İndi də gələcək döyüş meydanına hazırlıq gedir, uzaqmənzilli silahlarla idarəetmədən istifadə etməklə”.

//Samir Qurbanov, Editor.az